“Azərxalça” ASC-nin elan etdiyi “Zəfər” kolleksiyası üçün ən yaxşı xalça müsabiqəsi sona yetdi -

27 sentyabr Anım Günü və 44 günlük Vətən Müharibəsininil dönümünün qeyd olunması ilə bağlı “Azərxalça” ASC- nin elan etdiyi “Zəfər” kolleksiyası üçün ən yaxşı xalça müsabiqəsi başa çatıb.

Bu ilin iyul ayında elan olunan müsabiqəyə müraciət edən yüzlərlə gənc sırasından yalnız 13 nəfər seçmə mərhələni keçərək təlimlərə qatılıb. 1 ay davam edən təlimlər zamanı gənc dizayner və rəssamlar həm yerli, həm də xarici mütəxəssislərlə təcrübələrini bölüşüblər. Təlimlər həm nəzəri, həm də praktiv yöndə baş tutub.

Noyabr ayının 4-də “Azərxalça” ASC –nin İçərişəhərdə yerləşən qalereyasında müsabiqənin son mərhələsi baş tutub. Tədbiri “Azərxalça” ASC sədri Emin Məmmədov açıq elan edərək, hər bir gəncə müsabiqədə iştirakına görə təşəkkür edib. Bildirildi ki, milli xalçaçılıq irsimizin qorunması və gənclər arasında xalçaçılıq sənətinə marağın artırılması yönündə “Zəfər” kolleksiyası xalça müsabiqəsinin müstəsna rolu olacaq. Çıxışı zamanı sədr qeyd edib ki, milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasında, gənclərimiz arasında təbliğ olunmasında müsabiqələrin keçirilməsi vacibdir və bundan sonra “Azərxalça” ASC gənclərlə daha sıx əməkdaşlıq edəcək.

13 gənc təlimçilər, rəssamlar və tanınmış incəsənət xadimlərinə özəsərlərini təqdim edib. Hər bir gənc əsərini təqdim etməklə yanaşı onun fəlsəfəsini də hər kəsə izah edərək müdafiəsini yekunlaşdırıb.

Xatırladaq ki, noyabr ayının 4-dən etibarən 10 gün ərzində 13 müsabiqə iştirakçısının əsəri İçərişəhər, Böyük Qala 15 ünvanında, “Azərxalça” ASC showroom-da sərgilənəcək. Maraqlanan hər kəs əsərləri seyr etməklə yanaşı qalibin müəyyən olunamsında, səsvermədədə iştirak edə bilər.

10 gündən sonraqaliblər elan olunacaq.Qaliblərin əsərləri əsasında isə “Azərxalça” nın “Zəfər” xalça kolleksiyası hazırlanacaq! Yeni xalça kolleksiyası həm yerli, həm də xarici bazarda xalça sevərlərin istifadəsinə təqdim olunacaq.

Gəlin, birlikdə “Zəfər” kolleksiyası üçün ən yaxşı xalça müsabiqəsinin qalibini birlikdə müəyyən edək!



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR