Zenfira anasının tabutunu çiynində apardı - VİDEO

Ötən gün müğənni Zenfira İbrahimovanın anası Ceyran xanım vəfat edib.

Metbuat.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi koronovirusdan dünyasını dəyişən anasının tabutunu öz çiyni üzərində daşıyıb. Mərhumu son mənzilə yola salan Z.İbrahimova sosial şəbəkədə video paylaşaraq bunları yazıb:

"Anam, ciyərimi kül etdin, sən mənə qıymazdın axı… Məni tək qoydun bu zalım dünyada, belimi bükdün, qamətimi əydin.

Deyirdim, kaş kino, yuxu olardı, evimin çırağını söndürdün. İbrahimə nə deyim? Sən olmayan dünyanı istəmirəm. Dağılsın, viran qalsın. Allah, anasızlar necə dözüb bu dərdə? Bir gündür vəfat edib, mən artıq yoxam. Son mənzilin mübarək, çiyinlərim qırıldı, amma yalvardım hər kəsə ki, anamı özüm daşıyım. Mənim yükümü çox daşıyıb. Sorğu-sualın asan, məkanın cənnət olsun. Ana, yaralarına ürəyim qurban".

Qeyd edək ki, bir müddət əvvəl infeksiyaya yoluxan Z.İbrahimovanın anası Zığ qəsəbəsində yerləşən modul tipli xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR