Misir Süveyş kanalının rüsumunu artırdı

Misir hökuməti Suveyş kanalından keçid qiymətini 6 faiz artırıb.

Metbuat.az xəbər verir ki, bu barədə rəsmi dairələr məlumat yayıb. Bildirilir ki, rüsumların artımı təbii qaz daşıyan tankerləri və turist gəmilərini əhatə etmir. Qiymət artımı gələn ilin fevral ayından qüvvəyə minəcək. Süveyş Kanal İdarəsinin məlumatına görə, qiymətlərin artmasına səbəb pandemiyanın yaratdığı iqtisadi böhrandır. İdarə böhrandan ciddi zərər görməməsi üçün belə addım atıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR