ŞOK AÇIQLAMA: Putin Rusiyanın

1999-2004-cü illər arasında NATO rəhbəri postunu icra edən Böyük Britaniyanın keçmiş Müdafiə naziri Corc Robertson diqqətçəkən açıqlamalar verib.

Metbuat.az-ın xəbərinə görə, o bildirib ki, Rusiya prezidenti Vladimir Putin ilə həyata keçirdiyi ilk toplantılar zamanı Kreml rəhbəri Avropa ilə sıx münasibətlər qurmağa müsbət yanaşıb. Robertsonun sözlərinə görə, Putin hətta NATO-ya qoşulmağa da etiraz etməyib: “Putin bizi nə vaxt NATO-ya qoşulmağa dəvət edəcəksiniz” dedi. Mən də dedim ki, biz dəvət etmirik, ölkələr özləri müraciət edir. Putin isə “bir sıra önəmsiz ölkələrlə eyni sırada gözləmək istəmirik” deyə bildirdi”.

Robertsonun sözlərinə görə, 2004-cü ildə sonra Putin qərbin Rusiyaya qarşı planlarından şübhələnməyə başlayıb. “2004-cü ildə Ukraynadakı etiraz aksiyalarından sonra Moskvada şübhələr yarandı” deyən keçmiş NATO rəhbəri bildirib ki, ardınca NATO-nun qüvvələrini müxtəlif ölkələri yerləşdirməsi, Putini qəzəbləndirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR