“Taliban” lideri ƏMR VERDİ: Onlar məhv edilməlidir -

“Taliban” lideri Molla Hibətullah Axundzadə qruplaşma üzvlərinə xəbərdarlıq edib.

Metbuat.az xəbər verir ki, onun sözlərinə görə, cəsusların qruplaşmanın içinə sıza biləcəyi ehtimalı var. Molla Hibətullah Axundzadə yazılı açıqlamasında bildirib ki, komandanlar qruplaşma üzvlərini yenidən nəzərdən keçirməli cəsusları məhv etməlidir. Qruplaşma lideri xəbərdarlıq edib ki, taliblər öz aralarından olan şəxsləri diqqətdə saxlamalıdır.

Qeyd edək ki, ötən həftə “Taliban” qruplaşmadakı cəsusların məhv edilməsi üçün komissiya qurduğunu elan edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR