Böyük Dəbilqə: Azərbaycan cüdoçuları ilk gündə 3 medal qazandı

Azərbaycanın qadın cüdoçusu İçinxorlu Muntsxedev Bakıda keçirilən Böyük Dəbilqədə final görüşünə çıxıb.

Metbuat.az-ın məlumatına görə, 57 kq-da mübarizə aparan idmançı qızıl medal uğrunda yaponiyalı Momo Tamaoki ilə qarşılaşıb.

Rəqibinə ipponla uduzan Muntsxedev gümüş medalla kifayətlənib. Bu, cüdoçunun Böyük Dəbilqə yarışlarında ilk medalı olub.

Beləliklə, Azərbaycan cüdoçuları ilk yarış gününü 3 medalla başa vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR