AKP-dən 20 yanvar bəyanatı

AKP-dən 20 yanvar bəyanatı
03:56 19 Yanvar 2015
150 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyə hakim Ədalət və İnkişaf Partiyasının Adana vilayətindən olan millət vəkili Necdet Ünüvar 20 yanvarın 25-ci ildönümü ilə əlaqədar bəyanat yayıb. ANS PRESS-in məlumatına görə, bəyanatda, Türk dünyasının 1990-cı ilin 20 yanvarında ən kədərli günlərindən birini yaşadığı vurğulanıb.

“1990-cı il yanvarın 13-də başlayan Bakıda baş verən hadisələrin qarşısını almaq bəhanəsiylə 20 yanvar gecəsi şəhərə girən Sovet ordusu xüsusilə xalqın yuxuda olduğu soyuq gecəni seçib və insanların ən zəif anından istifadə edərək 134 mülki vətəndaşı xüsusi amansızlıqla qətlə yetirib. “Qara yanvar” hadisəsi azərbaycanlı qardaşlarımız üçün günəş doğmazdan əvvəlki ən qaranlıq vaxt olub. Bu hadisələrdən sonra Azərbaycan dövləti layiq olduğu müstəqilliyi yenidən qazanıb. Biz, zülmü edən kim olursa olsun, zalıma qarşıyıq və kim olursa-olsun zülmə məruz qalmış məzlumların yanındayıq və olmağa davam edəcəyik”.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR