Pakistan Azərbaycanı dəstəkləməkdən QÜRUR DUYUR -

"Dost və qardaş Pakistan həmişə Azərbaycanın yanında olub, ona mənəvi dəstək verib. Beynəlxalq hüquq prinsip və normalarına əsaslanıb rəsmi Bakının mövqeyini müdafiə edib, daim Ermənistanın işğalçılıq siyasətini pisləyib. Buna görə, rəsmi İslamabad təzyiqlərə məruz qalsa, qınanılsa da tutduğu haqlı mövqeyindən çəkinməyib".

Bu fikirləri Metbuat.az-a BMT layihələrində Dayanıqlı İnkişaf Məqsədləri üzrə pakistanlı ekspert, Pakistan-Azərbaycan Məzunlar Birliyinin təsisçisi Qaiser Navab bildirib. O "Zəfər Günü" münasibəti ilə xalqımızı dost və qardaş Pakistan xalqı adından təbrik edərək vurğuladı ki, bu qələbə sevincin onlarında bayramıdır.

"Başqaları üçün yaşayan insanlar hər zaman yaşayır" -

"Bu gün mən və milyonlarla pakistanlı gənc ləyaqətlə və beynəlxalq hüquqa əsaslanan Azərbaycanı güclü şəkildə dəstəkləməkdən qürur duyuruq. Həqiqətən də Pakistan və Azərbaycanın qardaşlığı dostluq, etimad və birmənalı dəstək rəmzidir. Düşmənlərə xəbərdarlıq, sülhsevər ölkələrə örnəkdir. Heç bir qüvvə Pakistanı Azərbaycanla dostluq yolundan döndərə bilməyib. Bütün sahələrdə dost və qardaş Pakistanla Azərbaycanın yaxşı və normal əlaqələri var. Bu qardaşlığın bəzi qüvvələrin narahatlığına səbəb olduğu da aydındır. Bir daha bütün azərbaycanlı qardaş və bacılarımızı Qələbə Gününüz münasibəti ilə təbrik edərək,bu yolda şəhid olan igidlərə Allahdan rəhmət, qazilərə can sağlığı arzu edirəm" deyə Qaider Navab fikrini tamamlayıb.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR