“Zəfər Günü” poçt markası buraxılıb -

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərpoçt” MMC tərəfindən “Zəfər Günü” mövzusunda poçt markası dövriyyəyə buraxılıb.

Nazirlikdən Metbuat.az-a verilən məlumata görə, buraxılış 8 markadan ibarət kiçik vərəq şəklində hazırlanıb.

Müəllifi rəssam Orxan Qarayev olan poçt markası 40 min tirajla nəşr edilib.

Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq çap olunub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR