Putin - Bayden görüşünə hazırlıq görülmür -

“Hazırda Rusiya prezidenti Vladimir Putin ilə amerikalı həmkarı Co Bayden arasında görüşün keçirilməsinə dair detallar müzakirə olunmur”.

Metbuat.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov açıqlama verib. O bildirib ki, tərəflər arasında görüşə hazırlıq görmək asan məsələ deyil. Ryabkovun sözlərinə görə, prezidentlərin proqramı hələlik buna uyğun deyil.

Qeyd edək ki, Putin və Bayden arasında görüş sonuncu dəfə iyun ayında Cenevrədə baş tutub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR