57 yaşlı kişi özünü səkkizinci mərtəbədən atdı

Bakıda intihar hadisəsi baş verib.

Metbuat.az Oxu.az-a istinadla xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.

Nəsirəddin Tusi küçəsindəki binalardan birində yaşayan 57 yaşlı Şəfa Həsənov özünü 8-ci mərtəbədən atıb.

Ağır xəsarətlər almış kişi hadisə yerində ölüb.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR