Vaksin olunanlar COVID-19-u simptomsuz keçirir

Türkiyəli Prof.Dr Özgür Enyurd vaksin olunanların COVID-19-u simptomsuz keçirdiyini açıqlayıb.

Metbuat.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekspert vaksin olunan insanları qaydalara daha ehtiyatlı davranmağa səsləyib.

“Peyvənd olunan insanlar maska taxmırlar. Vaksin infeksiyadan 100 faiz qorumur. Unutmayın ki, vaksin olunan insanlar da virus daşıyıcısı hesab olunur. Bir çox hallarda xəstəliyi heç bir simptom olamdan keçirirlər. Odur ki, virus daha asanlıqla yayılır. Pandemiya bitmədiyi müddətdə maska və sosial məsafə qaydalarına riayət etməliyik. Vətəndaşlar üzərinə düşən öhdəlikləri unutmasınlar”.

Həkim əlavə edib ki, tam vaksin olunan insanlar arasında ağırlaşma hallarına demək olar ki, rast gəlinmir: “Ölümlər də olmur. Testin cavabları digər vaksinlərdə olduğu kimi pozitiv ola bilər. Vaksinasiyanın əsas hədəfi xəstəxanaya yerləşdirmə və ölüm hallarının qarşısını almaqdır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR