Gürcüstan müxalifəti yenə aksiya keçirdi

Tbilisidə Parlament binasının qarşısında Gürcüstanın üçüncü Prezidenti Mixail Saakaşviliyə növbəti azadlıq aksiyası keçirilir.

Metbuat.az xəbər verir ki, aksiyanı müxalif "Vahid Milli Hərəkat" partiyası təşkil edib.

Parlament binasının qarşısında çıxış edənlər hökuməti sərt sözlərlə tənqid edərək, həbsdə olan üçüncü pPrezidentə azadlıq tələb ediblər.

Aksiyada vətəndaşlarla yanaşı müxalifət liderləridə iştirak edir. Hazırki mərhələdə Rustaveli Prospektində nəqliyyatın hərəkəti məhdudlaşıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR