Sumqayıtda zavodda baş verən partlayışın səbəbi açıqlandı -

Sumqayıtda ötən gün zavodda baş verən partlayışla bağlı rəsmi məlumat yayılıb.

Sumqayıt Texnologiya Parkından (STP) Metbuat.az-a verilən məlumata görə, noyabrın 9-u gecə saatlarında Şirkətlər Qrupunun törəmə şirkəti olan STP-AH MMC-də partlayış hadisəsi baş verib.

Hadisə baş verən zaman ərazidə üç metaləritmə işçisi olub. Yoxlanış üçün tibb məntəqəsinə yönləndirilən əməkdaşların sağlamlığına ziyan dəymədiyi, səhhətlərinin yerində olduğu müəyyən olunub. Əmək qabiliyyəti yerində olan hər üç əməkdaş iş fəaliyyətini fasiləsiz davam etdirəcəklər.

İlkin araşdırmalar göstərir ki, hadisə zamanı texnoloji proses təlimata uyğun aparılıb, həmçinin avadanlıqlar saz vəziyyətdə olub. Hadisəyə ərimə prosesində metal tullantıların arasında, və ya içərisində olan yad cisimlərin səbəb olduğu ehtimal olunur. Belə ki, ərimə prosesi zamanı müxtəlif bərk və ya maye halında olan kimyəvi maddələrin bir-biri ilə reaksiyaya girməsinin nəticəsində yaranan təzyiqli qaz partlayışa səbəb olub. Partlayış yanğına və avadanlığın sıradan çıxmasına səbəb olmasa da güclü səsə və hava dalğasına səbəb olub.

09:52

Sumqayıtdakı müəssisələrin birində partlayış olub.

Metbuat.az APA-ya istinadən xəbər verir ki, hadisə Sumqayıt Texnologiyalar Parkının törəmə şirkəti olan "STP AH" MMC-də baş verib.

Müəssisədəki metaləridən qazanda əmələ gələn qazın dalğasından partlayış yaranıb. Orada olan 3 nəfər yüngül xəsarət alıb. Hadisə ilə bağlı araşdırma aparılır.

Sumqayıtda PARTLAYIŞ: Üç nəfər xəsarət alıb - FOTO

Sumqayıtda PARTLAYIŞ: Üç nəfər xəsarət alıb - FOTO


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR