ABŞ Saakaşvili ilə bağlı Gürcüstana çağırış etdi

ABŞ həbsdə olan keçmiş prezident Mixeil Saakaşvili ilə bağlı Gürcüstana çağırış edib.

Metbuat.az xəbər verir ki, Dövlət Departamentinin çağırışında deyilir ki, Gürcüstan hakimiyyəti Saakaşviliyə qarşı ədalətli və beynəlxalq normalara uyğun davranmalıdır. Açıqlamaya görə, ABŞ Saakaşvilinin vəziyyətini izləyir.

“ABŞ Gürcüstan hakimiyyətini Saakaşvilinin fiziki və mənəvi sağlamlığı üçün tədbirlər görməyə dəvət edir, onun tibbi yardım almasına şərait yaradılacağını gözləyir” - açıqlamada bildirilir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR