Evin damını təmizləyərkən çamadan tapdı:

Almaniyanın Bonn şəhərində yerli sakin tarixi əsərin üzə çıxmasına səbəb olub.

Metbuat.az xəbər verir ki, 32 yaşlı Kristian Biesemann evin damını təmizləməyə qərar verib. Təmizlik zamanı o, qılınc tapıb. Sakin əvvəlcə buna əhəmiyyət verməsə də sonradan araşdırmağa qərar verib. Məlum olub ki, qılınc Tunc dövrün - təqribən 3 min il əvvələ aiddir.


Bildirilir ki, qılıncı hələ 65 il əvvəl Kristianın atası tapıb. Lakin o vaxt qılıncın tarixi tapıntı olduğu güman edilməyib və qılıncı damda çamadanda saxlanılıb. İndi isə Kristian qılıncı muzeyə təqdim edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR