Bəyanatın il dönümündə üç tərəfli görüş

"Qarabağla bağlı üçtərəfli bəyanatın imzalanmasının ildönümündə Rusiya prezidenti Vladimir Putin, Azərbaycan lideri İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında təmaslar planlaşdırılmır".

Metbuat.az xəbər verir ki, bu barədə çərşənbə axşamı Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

"Bakı və İrəvanla əlaqəyə gəlincə, müxtəlif səviyyələrdə müntəzəm olaraq təklif Moskvadan gəlir. Üçünün ünsiyyətinə gəlincə isə, əgər belə bir razılaşma əldə olunarsa biz məlumat verəcəyik. Hazırda nə orada, nə də burada konkret anlaşma yoxdur" Rusiya liderinin mətbuat katibi belə bildirib.

Qeyd edək ki, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli Bəyanatın imzalanmasının ildönümüdür.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR