Özbəkistan prezidenti Şavkat Mirziyayev vəzifəyə başlayandan sonra ilk xarici səfərini Türkiyəyə həyata keçirəcək.
Metbuat.az xəbər verir ki, bu barədə Özbəkistanın rəsmi dairələri məlumat yayıb. Bildirilir ki, yenidən prezident postuna seçilən Şavkat Mirziyayev sabah Türkiyədə olacaq. Səfər iki gün davam edəcək. Dövlət başçısı Türkiyədə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının iclasına qatılacaq.
Ekspertlər hesab edir ki, ilk səfər simvolik əhəmiyyət daşıyır