Bakıda güclü külək səbəbindən 11 nəfər xəsarət alıb -

Bakıda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Bu barədə Metbuat.az-a Səhiyyə Nazirliyindən məlumat verilib.

Onlardan 5-i kişi, 6-sı qadındır.

Xəsarət alanlardan 1-nə yerində yardım edilib, 1-i yardımdan imtina edib, digərləri tibbi yardım göstərilməsi üçün xəstəxanaya çatdırılıblar.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR