Meyitdən orqan köçürülməsi: Qanun qəbul edilsə də, icrası niyə gecikir? –

Qanunvericilikdə meyit orqanlarından donor kimi istifadəyə icazə verilsə də, ölkəmizdə hələ də belə bir əməliyyat aparılmayıb. Bəs görəsən, qanunun icrasını gecikdirən səbəb nədir?

Metbuat.az xəbər verir ki, məsələ ilə bağlı ARB telekanalında “Diqqət efir” verilişinə açıqlama verən millət vəkili Müşfiq Məmmədli hazırda bu istiqamətdə addımlar atıldığını bildirib. O, həmçinin qeyd edib ki, orqan transplantasiyası baha olduğu üçün qanunun icrasına başlanıldığı zaman bu əməliyyatlar icbari tibbi siğortanın xidmətlər zərfinə daxil ediləcək:

“Qanunun qəbul olunması ilə prosesin icrası arasında təbii ki, hazırlıq mərhələsi var. Onun həyata keçirilməsi, müvafiq ixtisaslı həkimlərin bu prosesə cəlb olunması və s. bunlar bir xeyli vaxt tələb edən məsələlərdir.

Dünya praktikasına diqqət yetirsək, görərik ki, bir çox çatışmazlıqlar, orqan alveri kimi hallar var. Azərbaycan da bu prosesləri başladığı andan etibarən elə tənzimləmək istəyir ki, digər ölkələrdə gördüyümüz mənfi təsirlərlə qarşılaşmayaq”.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR