Suriya ordusu mülki vətəndaşları bombaladı

Suriyada rejim qüvvələri Türkiyə ordusunun nəzarətində olan İdlib bölgəsini bombalayıb.

Metbuat.az xəbər verir ki, hücum zamanı sakinlərin yaşadığı düşərgə hədəfə alınıb. 5 mülki vətəndaş həlak olub. 4 yaralı var. Yerli mənbələrin məlumatına görə, hava zərbələrinin hədəfində əsasən Maret el Misrin qəsəbəsi olub.

Burada əsasən dinc insanların düşərgələri yerləşir. Qeyd edək ki, Suriya ordusu İdlib ətrafına qüvvələr yığıb, hücumları intensivləşdirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR