Milli Məclisin deputatları Bolqarıstanda parlament seçkilərini izləyəcəklər

Milli Məclisin deputatları Bolqarıstanda keçiriləcək parlament seçkilərini müşahidə etmək üçün noyabrın 12-də bu ölkənin paytaxtı Sofiya şəhərinə səfər edəcəklər.

Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Metbuat.az-a bildirilib ki, Rauf Əliyev və Sabir Hacıyev noyabrın 14-də keçiriləcək seçkilərə hazırlığın səviyyəsi ilə maraqlanacaq, səsvermə günü müxtəlif məntəqələrdə seçkinin gedişini izləyəcək, vətəndaşların fəallığına, səsvermə prosesində seçicilərin hüquqlarının təmin olunmasına və demokratiyanın tələblərinə riayət olunmasına nəzarət edəcəklər.

Milli Məclisin deputatları dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə ölkəmizin Bolqarıstandakı səfirliyinin təşkil etdiyi tədbirə də qatılacaqlar.

Deputatların səfəri noyabrın 18-də başa çatacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR