Azərbaycanın qeyri-neft ixracı 42 faiz artıb

Cari ilin yanvar-oktyabr aylarının ilkin nəticələrinə əsasən, Azərbaycanın qeyri-neft ixracı 42 faiz artıb.

Metbuat.az xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov İstanbulda keçirilən “Türkiyə-Türk Dövlətləri: İqtisadiyyat və Ticarət Konfransı”nın açılış mərasimində ifadə edib.

İqtisadi əlaqələrimizin möhkəmləndirilməsi və genişləndirilməsinin pandemiya dövründə xüsusi önəmə sahib olduğunu vurğulayan nazir deyib: “Şübhəsiz ki, heç bir ölkə təkbaşına, beynəlxalq əməkdaşlıq, investisiyalar, bilik və texnologiya mübadiləsi, ticarət olmadan inkişaf edə bilməz. Beynəlxalq ticarət əlaqələrinin inkişafı isə mütləq dayanıqlılıq, inklüzivlik və ətraf mühitin mühafizəsi prinsiplərinə söykənməlidir. Yalnız sıx əməkdaşlıq vasitəsilə dayanıqlı iqtisadi inkişafı təmin edə bilərik. Sevindirici haldır ki, pandemiya məhdudiyyətlərinin yumşalması Azərbaycanda iqtisadi artımın bərpa olunmasına və sürətlənməsinə əlverişli zəmin yaradıb. Cari ilin 9 ayında ÜDM-in real artımı 4,8 faiz olub, qeyri-neft sektorunda isə ÜDM-in real artım tempi 6,2 faizə çatıb. Ticarət dövriyyəmiz də artır. Belə ki, 10 ayın ilkin nəticələrinə əsasən, xarici ticarət dövriyyəmiz 24,7 faiz, ixracımız 37,7 faiz, o cümlədən qeyri-neft ixracımız 42 faiz artıb”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR