Bu ünvanlarda yerləşən restoranlarda nöqsanlar aşkarlandı

Noyabrın 10-da ölkə üzrə 402 ictimai iaşə obyektində 690 monitorinq keçirilib.

AQTA-dan Metbuat.az-a verilən məlumata görə, monitorinqlər zamanı 2 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Nərimanov ‎rayonu, Koroğlu Rəhimov küç., ev 13 ünvanında yerləşən, fiziki şəxs Babaşov Şöhrət Adışirin oğluna məxsus restoran;
2. Bakı şəhəri, Yasamal ‎‎rayonu, H. Zərdabi pr., ev 20 ünvanında yerləşən, hüquqi şəxs “XS-500 Group” MMC-yə məxsus “Atlantis” restoranı.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR