Ərdoğan türk ölkələrini birləşməyə çağırdı: Əngəlləri qaldırın, sıx birləşin

“Siyasi əməkdaşlığımız kimi iqtisadi və ticari işbirliyimizi də gücləndirməliyik”.

Metbuat.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Şurasının VIII Zirvə görüşündə bildirib. O bəyan edib ki, türk ölkələri arasında ticarət əlaqələrinin ümumi həcmi təqribən 21 milyard dollardır. “Bu göstəricini artırmalıyıq” deyən Ərdoğanın sözlərinə görə, ölkələr arasında rüsumdan başqa olan bütün əngəllər qaldırılmalıdır:

“Bu məqsədlə ticarəti asanlaşdıran strateji sənədin imzalanması vacibdir. Quru, hava və dəniz yolları ilə bir-birimizə sıx bağlanmasaq, istədiyimiz nəticəni əldə edə bilmərik. Tranzit keçid sənədlərini gündəmimizdən çıxarmalı, gömrük proseslərini uyğunlaşdırmalı, keçid qiymətlərini rəqabət aparacaq səviyyəyə endirməliyik”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR