Bakıda qəza zamanı ölən piyadanın yaxınları axtarılır -

Xəzər rayonunda yol nəqliyyat hadisəsi zamanı dünyasını dəyişən piyadanın şəxsiyyəti araşdırılır.

Metbuat.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Bakı-Mərdəkan şossesinin Binə qəsəbəsi ərazisindən keçən hissəsində “Vaz 21015” markalı şəxsiyyəti istintaqa məlum olan avtomobiliin sürücüsü yolu keçən 45-50 yaşlarında kişini vurub. Hadisə zamanı piyada dünyasını dəyişib. Aparılan araşdırmalar zamanı piyadanın şəxsiyyətini müəyyən etmək mümkün olmayıb.

Şəxsiyyəti istintaqa məlum olmayan, şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in "102" Xidməti Zəng Mərkəzinə, həmçinin Xəzər Rayon Polis İdarəsinə və 3-cü Polis Bölməsinə (012) - 590-72- 03, (012)- 456-03-02, (055) – 359-21-35 və (050) – 717- 07- 67 telefon nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR