“Ukrayna “Bayraktar”dan qanunsuz şəkildə istifadə edir” -

“Rusiya Ukraynanın şərqindəki münaqişədə tərəf deyil”.

Metbuat.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin ölkə mediasına verdiyi müsahibəsində deyib.

“Minsk razılaşmalarında Rusiyanın münaqişə tərəfi olduğu deyilmir, biz heç vaxt bununla razılaşmamışıq və razılaşmayacağıq”, - deyə Putin qeyd edib.

Bununla yanaşı, V. Putin Ukrayna tərəfindən Donbassda “Bayraktar” pilotsuz uçuş aparatlarından istifadə olunmasına da münasibət bildirib.

Onun sözlərinə görə, Ukrayna rəhbərliyi tərəfindən “Bayraktar” PUA-larından istifadə olunması Minsk razılaşmalarını (Minsk-2) pozur: “Bu pilotsuz aviasiyadır, lakin münaqişə zonasında tətbiq edilən aviasiyadır. Hansı ki, Minsk razılaşmaları və daha sonrakı razılaşmalarla münaqişə zonasında istifadə olunması ciddi şəkildə qadağandır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR