Abşeronda 22 yaşlı gənc qızı avtomobil vurdu -

Abşeron rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az bildirir ki, hadisə Bakı-Sumqayıt yolunun Abşeron rayonu ərazisindən keçən hissəsndə qeydə alınıb.

Avtomobil yolu keçən 1999-cu il təvəllüdlü Abızadə Tünzalə Razi qızını vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beynin ağır dərəcəli əziyi diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan o, reanimasiya şöbəsinə yerləşdirilib.

Hadisənin təfərrüatı araşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR