Küveyt hökumətinin istefası qəbul olundu

Küveyt əmiri Şeyx Nəvaf əl-Əhməd əl-Cabir əs-Sabah ölkənin baş naziri Şeyx Sabah Xalid əl-Həməd əs-Sabah və hökumətinin istefasını qəbul edib.

Metbuat.az xəbər verir ki, əmirin sərəncamına görə, yeni kabinet formalaşana qədər əvvəlki hökumət fəaliyyət göstərməlidir.

Noyabrın 8-də hökumət istefa məktubunu əmirə təqdim edib.

Qeyd edək ki, bu, Küveyt Nazirlər Kabinetinin 2021-ci ildə ikinci istefasıdır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR