Bakının bu ərazisindən sakinlər köçürüləcək -

Suraxanı rayonu, Zığ qəsəbəsi Xanlar və Hətəm Allahverdiyev küçələrində yerləşən evlərdə iri çatlar yaranıb.

Metbuat.az xezerxeber-ə istinadən xəbər verir ki , sürüşmə nəticəsində həmin ərazidə olan evlərdən bəziləri əyilib.

Evlərin hasarları, darvazaları və pilləkənləri isə yararsız vəziyyətə düşüb.

Sakinlər hələ də sürüşmə təhlükəsi olan bu ərazidə yaşayırlar.

Sakinlərin sözlərinə görə, sürüşmə zonasında təhlükə hər ötən gün artır.

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyətinin şöbə müdiri Mehman Hüseynov bildirdi ki, məsələdən xəbərdardırlar və ərazidə sürüşmə aktivdir. 2015-ci ildən etibarən 2 mərhələ üzrə 105 ailə sözügedən ünvandan köçürülüb.

Qeyd edək ki, "Zığ-1" sürüşmə zonası kimi qeydə alınan bu ərazi ümumilikdə 55 hektar ərazini əhatə edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR