Dünyada neftin qiyməti UCUZLAŞIR -

Bazar ertəsindən etibarən dünyada neft qiymətləri ucuzlaşmaqda davam edir.

Metbuat.az xəbər verir ki, buna səbəb Çində enerji hasilatının artımıdır. Hazırda Brent markalı neftin yanvar fyuçersləri 0,82% ucuzlaşaraq 81,5 dollara, WTI markalı neftin yanvar fyuçersləri 0,79% azalaraq bir barrelə görə 79,06 dollara bərabərdir. Çin Dövlət Statistika Bürosunun bu gün səhər saatlarında açıqladığı məlumatlara əsasən, ölkədə neft hasilatı yanvar-oktyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,5%, 2019-cu ilə nisbətən isə 4,2% artaraq 166,19 milyon ton təşkil edib. Bundan başqa, ilin əvvəlindən təbii qaz hasilatı illik ifadədə 9,4 faiz, kömür hasilatı isə 4 faiz artıb. Həmçinin daha əvvəl OPEC öz hesabatında neftə qlobal tələbatın qısamüddətli azalacağını proqnozlaşdırmışdı. Eyni zamanda, "Wall Street Journal"nın sitat gətirdiyi "Oanda" analitikləri hesab edirlər ki, bu xammalın tədarükü məhdud qaldığından neft qiymətləri müəyyən dəstək almağa davam edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR