Bələdiyyə sədrindən işçilərinə əxlaqsızlıq: Sizə işə götürdüm, mənə borcunuz var /

Türkiyənin Cümhuriyyət Xalq Partiyası növbəti qalmaqalla gündəmə gəlib.

Metbuat.az xəbər verir ki, partiyanın Kıyıköy rayonu üzrə bələdiyyə sədri Əndər Sevincin işə götürdüyü 4 qadına təcavüz etdiyi irəli sürülüb.


İddialara görə, bələdiyyə sədri işə götürdüyü qadınlara əxlaqsız təkliflər edib. Bələdiyyə sədri işə götürmək qarşılığında qadınları yaxınlıq etməyə məcbur edib.


Qadınlardan biri şikayətində bildirib ki, sədr onu içki məkanına dəvət edib. Bələdiyyə sədri qadına deyib ki, işə götürdüyü üçün xanımın ona vəfa borcu var. Bu borcu da yaxınlıq edərək ödəməlidir. Ardınca isə bələdiyyə sədri qadının əlindən tutaraq, ona yaxınlaşamağa cəhd edib.


Bələdiyyə sədri isə iddiaları rədd edir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR