Bu şəxslərə peyvənd vurmaq OLMAZ - ÖLÜMLƏ nəticələnə bilər / VİDEO

Peyvəndin sonsuzluq yarada biləcəyinə dair elmi əsaslar və sübutların olması müzakirə mövzusudur. Mütəxəssislər etiraf edirlər ki, COVID-19 virusunun insanlarda illər sonra hansı fəsadlara yol açacağı hələlik sual altındadır. Lakin bildirilir ki, koronavirusun gələcəkdə sonsuzluq yaratma ehtimalı vaksinin sonsuzluğa səbəb olma ehtimalından daha gerçəkdir.

Metbuat.az Baku.ws-ə istinadən xəbər verir ki, alimlərin fikrincə, bir peyvəndin ölümə səbəb olma ehtimalı qəbul etdiyimiz hansısa ağrıkəsici dərmanın törədə biləcəyi ölüm ehtimalına bərabədir. Yaşlı insanlar, şəkər, təzyiq, ürək-damar və xroniki xəstəliyi olanlar birinci növbədə vaksin olunmalıdırlar.

Bəs, kimlər vaksin oluna bilməz? Həkimlər bildirir ki, vaksin peyvəndin özünə qarşı allergiyası olan şəxslərə qadağandır. Əks halda ölümlə nəticələnə bilər.

TƏBİB-in nümayəndəsi Nəzrin Mustafayeva İTV-yə bildirib ki, allergiya yalnız peyvəndə və ya onun hansısa komponentinə qarşı anafilaktik şok keçirmiş şəxslər aiddir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

Loading...

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR