Toylarla bağlı maraqlı məqamların paylaşıldığı dünyanın tanınmış “WeddingBee” portalı yenə diqqətçəkən etirafla gündəmə gəlib.
Metbuat.az xəbər verir ki, adını açıqlamayan qız üzləşdiyi hadisə ilə bağlı maraqlı etiraflar səsləndirib. O bildirib ki, anası nişanlısına aşiq olub. Hətta ana qızının toyunda iştirak etməkdən də imtina edib. Qıza isə bunu nişanlısı etiraf edib. Bu vəziyyətdən şoka düşdüyünü deyən qız, anasının psixologiyasının pozulduğunu və bunun üçün atasından kömək istədiyini deyib.
Qeyd edək ki, hadisə İngiltərədə baş verib. Cütlük toya hazırlaşır.