Yük maşınları sərhəddə qalıb: Uzun tıxac var -

Belarus-Polşa arasında yaşanan mühacir böhranı iki ölkə arasındakı sərhəddə böyük növbə yaradıb.

Metbuat.az xəbər verir ki, Polşa hökuməti təhlükəsizlik məsələlərini əsas gətirərək, Kuznica sərhəd qapısını yük maşınları üçün bağlayıb. Yük maşınları isə Bobrovniki sərhəd qapısına göndərilib. Bobrovniki gömrük məntəqəsi yükləndiyi üçün uzunluğu kilometrələrə çatan tıxaclar əmələ gəlib.

Qeyd edək ki, yük maşınları Belarus-Polşa sərhədindən keçərək Avropa ölkələrinə gedir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR