Azərbaycan avtoyanacaq istehsalını artırıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 633,8 mln. manat olub ki, bu da illik müqayisədə 16,3% çoxdur.

Dövlət Statistika Komitəsindən Metbuat.az-a verilən məlumata görə, hesabat dövründə neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 2,1 dəfə, sürtkü yağlarının istehsalı 65,6%, neft koksunun istehsalı 33,7%, dizel yanacağının istehsalı 21,8%, avtomobil benzininin istehsalı 7,5%, neft bitumunun istehsalı 0,6% artıb.

Məlumata görə, hesabat dövründə yanacaq mazutunun istehsalı 27,4% azalıb.

Azərbaycanda neft məhsullarının dinamikası:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR