Paris terrorçularının işi bitdi

Paris terrorçularının işi bitdi
05:51 19 Yanvar 2015
126 Dünya
Ölkə mətbuatı
A- A+

Satirik “Charlie Hebdo” jurnalının Paris ofisinə hücum etdiyi iddia olunan qardaşlardan daha biri bir az əvvəl dəfn edilib.

ANS PRESS-in məlumatına görə, Şərif Koaçi gecə yarısı Qennesvillers qəbiristanlığında ailəsinin iştirakı olmadan torpağa tapşırılıb.

Qeyd edək ki, bir gün əvvəl isə onun böyük qardaşı Səid Reyms şəhərində dəfn olunub. Məzarın ekstremistlər üçün ziyarətgaha çevriləcəyinə dair narahatlıqlara görə qəbir işarəsiz saxlanılıb.

Xatırladaq ki, yanvarın 7-də Kuaşi qardaşları Parisdə “Şarli Hebdo” (“Charlie Hebdo”) jurnalına hücum edərək 12 nəfəri öldürüb, 20 nəfəri yaralayıb.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320468

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR