Bakıda gənc oğlanı avtomobil vurub

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Metbuat.az-ın məlumatına görə, hadisə Sabunçu rayonunda qeydə alınıb. Belə ki, 1997-ci il təvəllüdlü Əzimov Natiq Aydın oğlu Aeroport yolunda piyadalar üçün nəzərdə tutulmayan yerdən keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Hadisənin təfərrüatı araşdırılır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR