İngiltərə Premyer Liqasının prezidenti istefa verəcək

İngiltərə Premyer Liqasının prezidenti Geri Hoffman vəzifəsindən ayrılacaq.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, 61 yaşlı funksioner Səudiyyə Ərəbistanında fəaliyyət göstərən investisiya fondunun "Nyukasl"ı alması səbəbindən istefa verəcək.

Çempionatda iştirak edən klublar Hoffmana etiraz etsə də, o, məsuliyyəti öz üzərinə götürüb. Hoffman 2020-ci ilin aprelindən Liqa prezidenti vəzifəsini icra edir.

Qeyd edək ki, Premyer Liqanın nizamnaməsinə əsasən, dövlətin klub və liqaların işinə qarışması qadağan olunub. Həmin fond isə Səudiyyə Ərəbistanı Krallığına məxsusdur.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR