Fil 11 saat dayanmadan qazdı: Torpaqdan nə çıxdığını görən sakinlər hönkür-hönkür ağladı -

Hindistanda bir müddət əvvəl baş verən hadisə eşidənlərin marağına səbəb olur.

Metbuat.az xəbər verir ki, fil sürüsü ərazidən keçərkən, fillərdən biri dayanaraq ərazini qazmağa başlayıb. Bu yerli sakinlərin də diqqətini cəlb edib. Bir neçə saat keçsə də, fil dayanmayıb. Sakinlər əraziyə yaxınlaşıb, həqiqəti öyrənmək istəyəndə isə fil qəzəblənərək onlara hücum edib. Sakinlər həqiqəti öyrənmək üçün plan qurublar. Onlar filin acdığını nəzərə alaraq onun üçün yemək gətiriblər.

Filin diqqəti yeməyə yönələndə sakinlər əraziyə yaxınlaşaraq, filin niyə torpağı qazdığını öyrənə biliblər. Məlum olub ki, fil balası dərin, eni az olan çüxura düşüb.


Sakinlər fil balasını oradan çıxarmağa cəhd etsələr də, ana fil qəzəblənərək onlara hücum edib. Nəticədə ana fil öz səyi nəticəsində 11 saat sonra balasını torpaqdan çıxara bilib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR