"Delta" ştammında proses birdən-birə ağırlaşır -

“Koronavirusa yoluxma halında başlanğıc əlamətlər digər hava-damcı infeksiyaları ilə eynidir”.

Metbuat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib. O bildirib ki, müəyyən yoxlamalardan sonra bunun koronavirus olduğu müəyyənləşir:

“Həmçinin burada ağciyər zədələnməsi sürətli gedirsə, müəyyən əlamətlər artırsa, o zaman COVID-19 olduğunu bilmək olur. Bizim üçün önəmli odur ki, xəstəliyin ilk günlərində COVID aşkarlansın. Xüsusən, "Delta" ştammında proses birdən-birə şiddətlənir və ağırlaşır. Bunun baş verməməsi, vaxtında aşkarlanması mütləqdir. İstənilən əlamətləri olanlara COVID xəstəsi kimi baxıb yoxlamadan keçirmək lazımdır”.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR