Nəşrlərin təhqir hüququ var

Nəşrlərin təhqir hüququ var
06:01 19 Yanvar 2015
122 Sosial
Ölkə mətbuatı
A- A+

İngiltərənin baş naziri Devid Kameron, təhqir jarikaturalarını tənqid edərkən Roma papasının səsləndirdiyi ifadələrlə razılaşmadığını deyib. ANS PRESS-in məlumatına görə, baş nazir iddia edib ki, nəşrlərin azad cəmiyyətlərdə bəzi dinləri təhqir etmək hüququ var. Amerikanın “CBS” kanalına müsahibə verən Devid Kameron Franksisin xüsusilə, “ifaddə azadlığı məsələsində bəzi məhdudiyyətlər olmalıdır” – fikirlərini tənqid edib.

Roma papasının, “Düşüncə ifadə etməyin də bəzi hüdudları var. Heç kimin əqidəsini təhqir etmək olmaz!” sözlərinə, Kameron bu sözlərlə cavab verib:

“Nəşr hüquq qaydaları çərçivəsində hərəkət etdiyi müddətcə azad cəmiyyətdə bəzilərinin dinini təhqir etmək hüququna sahibdir. Mən bir xristianam. Əgər bir nəfər həzrəti İsa barədə təhqiredici fikirlər desə mən bunu ona hücum kimi görə bilərəm. Aamma azad bir cəmiyyətdə onlardan intiqam almaq hüququm yoxdur”.

Bundan başqa Oxfordun yepiskopu da Roma papasının fikirlərinə tənqidi yanaşıb. Din adamı “Independent” qəzetinə yazdığı məqalədə təəccübləndiyini ifadə edib:

“Papanın böyük pərəstişkarıyam. Amma sözün düzünü demək lazımdırsa papa, “Başqalarının əqidəsini təhqir etməməliyik, əgər köməkçim anama söysə yumruğu ilişdirərdim” – deyir. Çox təəccüb etdim. Yumruq vurmaq, zorakılığa eyni dildə cavab verməkdir”.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=40&nid=320469

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR