Azərbaycanda oktyabrda gündəlik xam neft hasilatı 585,9 min barel olub

2021-ci ilin oktyabr ayında Azərbaycanda gündəlik neft (kondensatla birlikdə) hasilatı 704,4 min barel olub. Bunun 585,9 min barelini xam neft, 118,5 min barelini isə kondensat təşkil edib.

Metbuat.az xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Qeyd edək ki, “OPEC plus” ölkələri nazirlərinin 20-ci iclasında qəbul edilmiş qərar oktyabr ayında Azərbaycanda gündəlik xam neft hasilatının 640 min barelə çatdırılmasını və ixtisarla bağlı öhdəliyin 78 min barel həcmində olmasını nəzərdə tuturdu.

Nazirlərin 21-ci iclasında qəbul edilmiş razılaşma çərçivəsində isə Azərbaycanın hasilatın azaldılması ilə bağlı öhdəliyi noyabrda gündəlik 71 min barel təşkil edir. Bu isə ölkəmizdə xam neftin ötən ayla müqayisədə noyabrda gündəlik olaraq 7 min barel çox, yəni 647 min barel istehsalına imkan yaradır.

Xatırladaq ki, Azərbaycanda sentyabr ayında gündəlik xam neft hasilatı 586,2 min barel olub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR