Dünyada Ermənistanın hörməti yoxdur:

"44 günlük müharibədən sonra dərsini almayan Ermənistan son 2 gündə daha genişmiqyaslı şəkildə təxribatlar törətməyə cəhd etsə də, Şanlı Azərbaycan Ordusunun layiqli cavabı ilə geri oturduldu. Mən düşünmürəm ki, bu baş verənlər səbəbindən yenidən müharibə başlasın"

Bu açıqlamanı Metbuat.az-a Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz edib. O qeyd edib ki, son iki gündə baş verənlər də Ermənistan ordusunun necə acınacaqlı vəziyyətdə olduğunu göstərdi.

"44 günlük müharibə zamanı Ermənistan ordusunun 60 faizi məhv edilib. Hazırda Ermənistan ordusunun bərpası üçün illər lazımdır. Ona görə Ermənistan KTMT və Rusiyadan yardım istəyib. Ancaq Rusiyanın və KTMT-nin də Ermənistanın bu oyununun fərqində olduğunu düşünürəm. Digər tərəfdən Azərbaycan öz milli təhlükəsizlik maraqlarının qorunması istiqamətində beynəlxalq hüquqa uyğun şəkildə hərbi, siyasi və digər fəaliyyətləri həyata keçirir və bu belə davam etməlidir. Əgər Ermənistan belə təxribat və terror fəaliyyətlərinə davam edərsə, İkinci Qarabağ müharibəsindən daha ağır məğlubiyyətə hazır olmalıdır".

General deyir ki, Prezident İlham Əliyevin dəfələrlə lazımi addımlar atılacağı təqdirdə Ermənistanla sülh müqaviləsini müzakirə etməyə və imzalamağa hazır olduğunu bildirməsinə baxmayaraq, Ermənistan prosesi uzatmağa çalışır. Hələ bu addımları ilə kifayətlənməyib dezinformasiya yayaraq Rusiyanı, KTMT-ni, ATƏT-in Minsk Qrupunun həmsədrlərini köməyə çağırır, Azərbaycan tərəfindən təxribat törədildiyini iddia edir. Ancaq belə üsullar artıq köhnəlib və dünyada Ermənistanı ciddi qəbul etmirlər.

"Əgər Ermənistan belə təxribat və terror fəaliyyətlərinə davam edərsə, İkinci Qarabağ müharibəsindən daha ağır məğlubiyyətə hazır olmalıdır. Əks halda "Dəmir Yumruq" yenə başlarını əzəcəkdir" deyə Yücel Karauz fikirlərini belə yekunlaşdırıb.

Gülbəniz Hüseynli / METBUAT.AZ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR