Səhnədə fanatının üzünə təbii ehtiyacını edən müğənni üzr istədi -

Ötən günlərin birində konsert zamanı fanatının üzünə təbii ehtiyacını edən "Brass Against" qrupunun solisti Sofiya Urista üzr istəyib.

Metbuat.az xarici mediaya istinadən xəbər verir ki, rok festivalında çıxdığı səhnədəki sensasiyalı hərəkətinə görə tənqid olunan Urista buna görə paylaşım edib.

"Musiqidə və səhnədə həmişə sərhədləri aşmışam, həmin gecə də sərhədləri aşdım" deyən Urista sözlərinə əlavə edib:

"Mən ailəmi, qrupumu, pərəstişkarlarımı hər şeydən çox sevirəm və bilirəm ki, bəziləri mənim etdiklərimdən inciyiblər. Mən onlardan üzr istəyirəm və bilmələrini istəyirəm ki, onları incitmək niyyətində olmamışam".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR