Türkiyə və İspaniya iri təyyarədaşıyan gəmi hazırlamaq istəyir

Türkiyə İspaniya ilə birgə böyük təyyarədaşıyan gəmi hazırlamaq niyyətindədir.

Metbuat.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib. O İspaniyanın Baş naziri Pedro Sançezlə Ankarada təşkil olunan birgə mətbuat konfransında bildirib ki, hazırda Türkiyə və İspaniya hərbi sahədə bir sıra layihələr üzrə birgə işləyir.

Ərdoğanın sözlərinə görə, bundan əvvəl iki ölkə birgə kiçik təyyarədaşıyan gəmi inşa edib. Hədəfdə isə iri təyyarədaşıyan gəmi var.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR