Uşağı izləmək üçün evə kamera yerləşdirdi: Görüntüləri izləyəndə dəhşətə gəldi -

Türkiyənin Bursa şəhərində evə girən oğrular ailənin uşaqlarını izləmək üçün evə yerləşdirdiyi müşahidə kameraları tərəfindən lentə alınıb.

Metbuat.az xəbər verir ki, şübhəlilər otaqda kamera olduğundan xəbərsiz olub. Buna görə də onlar üzlərini gizlətməyiblər. Onlar ailənin evdə olmadığından istifadə edərək, oğurluq ediblər. Polisin axtarışları nəticəsində 5 şübhəli saxlanılıb.

Onların iki evdən oğurluq etdiyi üzə çıxıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR