Oland müsəlman miqranta vətəndaşlıq vəd etdi

Oland müsəlman miqranta vətəndaşlıq vəd etdi
06:11 19 Yanvar 2015
117 Dünya
Ölkə mətbuatı
A- A+

Yəhudi marketinə hücum zamanı müştəriləri soyuducuda gizlədərək həyatlarını xilas edən Malidən olan miqrant şad xəbər alıb.

ANS PRESS-in məlumatına görə, 24 yaşlı müsəlman Lassana Batiliyə Fransa vətəndaşlığı vəd edilib.

Bu vədi ona etdiyi şücaətə görə Fransa prezidenti Fransua Olland verib.

Batili "Amerikanın Səsi"nə müsahibəsi zamanı Fransa prezidenti Fransua Ollandın ona şəxsən zəng edərək, vətəndaşlıq vəd etdiyini bildirib.

Lassana soyuducu kamerasında 15 nəfəri gizlədib. Onların arasında bir aylıq körpə də olub.

O özü hadisəni belə danışır: “Onlar aşağı qaçanda mən soyuducunun qapısını açdım. Mənimlə bir neçə nəfər soyuducuya girdik.Mən işığı və soyuducunu söndürdüm, qapını örtdüm. Onlara dedim ki, sakit qalsınlar”.

Qeyd edək ki, girovlar mütəmadi polislə əlaqəda olublar və polisin mağazaya hücumu barədə məlumatlandırılıblar.

Lassana deyir ki, hücumdan sonra “hamı məni təbrik etdi”.İndi onun qəhrəmanlığı sevdiyi ölkədə qanuni yaşayışla əvəz ediləcək.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=320470

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR