Azərbaycanda 16 yaşlı məktəblini kim güllələyib... -

Prokurorliq Mingəçevirdə baş verən qətl barədə məlumat yayıb.

Mingəçevir Şəhər prokurorluğundan Metbuat.az-a verilən məlumata görə, noyabrın 18-də Orxan Kərimovun qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanıdığı Əlvan Qasımovun şəxsi münasibətlər zəmnində qisas almaq məqsədilə “Makarov” tipli tapança ilə 5 dəfə atəş açaraq Orxan Kərimovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Əlvan Qasımov şübhəli şəxs qismində istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


09:41

Xəbər verdiyimiz kimi, bu gün axşam saatlarına Mingəçevirdə, "Yeni həyat" yaşayış massivində qətl hadisəsi törədilib.

Metbuat.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, Qasımov Əlvan Nuxa oğlu qonşusu, 16 yaşlı Kərimov Orxan Tofiq oğlunu tapançadan açdığı atəşlə qətlə yetirib.

Məlumata görə, Əlvan Qasımov yeniyetməyə beş dəfə atəş açıb. Güllələrdən onun baş nahiyəsinə dəyən də olub. Orxan Kərimov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Qonşuların verdiyi məlumata görə, qətli törədən şəxs "Azəriqaz"ın əməkdaşı olub. O, polis tərəfindən saxlanılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik bəlli deyil. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Orxan Kərimov ailənin əkiz övladlarından biri idi.

“Azəriqaz” İstehsalat Birliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, Mingəçevirdə “Yeni həyat” massivində qonşusunu qətlə yetirən şəxs qurumun əməkdaşı deyil.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR