Millimizin “1 nömrə“sindən

“Əlbəttə, edir, necə etməsin?! “.

Metbuat.az xəbər verir ki, yığmanın və “Qarabağ“ın qapıçı Şahruddin Məhəmmədəliyev Sportinfo.az-a açıqlamasında belə deyib. O, “millidəki uğursuzluqlar “Qarabağ”dakı əhval-ruhiyyənizə təsir edir “ sualını bu cür cavablandırıb:

“Psixoloji cəhətdən çox pis təsir edir. Təsəvvür edin, “Kayrat”la səfər oyunundan qayıdırıq, Azərbaycan futbol tarixində ilkə imza atırıq,

“Sumqayıt”ı məğlub edirik, düşərgədə ab-hava əladır. Bu cür qalib ruhu ilə yığmaya qoşulursan ki, davamını gətirək, qələbə qazanacaq.

Dediyim kimi, ən pisi odur ki, nə baş verdiyini anlaya bilmirsən. Halbuki, çıxış yolu tapmaq üçün vəziyyəti başa düşməlisən“.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR